Asif Məmmədov gələn mövsümün sonuna qədər "İnter"in formasını geyinəcək
"İnter" "Xəzər Lənkəran"dan icarəyə götürdüyü Asif Məmmədovun transferini həll edib. Siasport.az saytı xəbər verir ki, lənkəranlılarla razılığa gələn bank klubu Asiflə 1 illik müqavilə bağlayıb. Anlaşmaya əsasən Məmmədov gələn mövsümün sonuna qədər "İnter"in formasını geyinəcək.
Qeyd edək ki, Asif ötən yay "İnter"dən "Xəzər Lənkəran"a transfer olunmuşdu. Mirça Rednikin gəlişindən sonra heyətə düşə bilməyən futbolçu qışda "İnter"ə icarəyə verilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB