Bu il ölkəmizi Avroliqada təmsil edəcək AZAL hazırlığa start verib. Siasport.az saytı xəbər verir ki, iyun ayının 5-də Bakıda bir araya gələn komandanın üzvləri 3 günlük tibbi müayinədən və normativləri verdikdən sonra bu gündən təlim-məşq toplanışına cəlb olunub. \"Airport\" oteldə məşkunlaşan \"təyyrəçilər\" gündə iki dəfə məşqə çıxır. Səhər Mərdəkanda dəniz qırağında fiziki hazırlıq keçən futbolçular axşam Şüvəlandakı stadionda məşq edirlər.
Qeyd edək AZAL iyun ayının 15-dək bu qrafiklə hazırlaşacaq. Toplanış müddətində komandanın iki yoxlama oyununda qüvvəsini sınayacağı da gözlənilir. Rəqiblərin kimliyi hələ məlum olmasa da matçlardan birinin ayın 12-də baş tutacağı dəqiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB