"Qalatasaray"ın da yaxından maraqlandığı alman hücumçu M.Kloze sürpriz şəkildə İtaliyanın "Latsio" kulubu ilə anlaşıb. Sisport.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Roma təmsilçisi hücumçu ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, sözügedən futbolçu ilə "Qalatasaray" adına Ümid Davala və Bülənt Tulun danışıqlar aparırdı. Amma Klozenin həyat yoldaşının İstanbulda yaşamaq istəməməsi onun "Latsio" ilə müqavilə bağlamağına səbəb olub.
Maraq üçün onu da qeyd edək ki, \"Latsio\" kulubunun rəsmi internet səhifəsində 9 iyunda, yəni bu gün yeni futbolçularının doğum günlərini də qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB