Həyat yoldaşı Klozeyə “Qalatasaray”a keçməyə icazə vermədi

Həyat yoldaşı Klozeyə “Qalatasaray”a keçməyə icazə vermədi

Dünən baş tutan danışıqlardan sonra \"Qalatasaray\" keçməyə razılıq verən Miroslav Kloze bu gün şok açıqlama ilə hər kəsi məyus edib. Buna səbəb onun transferə rədd cavabı verməsi olub. Siasport.az saytı "NTVSPOR" kanalına istinadən xəbər verir ki, hücumçunun həyat yoldaşı transferə mane olub. Onun sözlərinə görə İstanbul çox böyük şəhərdir və indiyə qədər belə böyük şəhərdə yaşamayıblar: "Bunun bizim üçün yaxşı olacağını güman etmirəm".

Qeyd edək ki, \"Qalatasaray\" artıq alternativ hücumçu axtarışlarına başlayıb. Bu oyunçunun adı yaxın vaxtlarda bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə