Əfran İsmayılov: \"Qazaxıstan millisi zəif oynayıbsa, deməli, biz bərbad oynamışıq\"

Əfran İsmayılov: \"Qazaxıstan millisi zəif oynayıbsa, deməli, biz bərbad oynamışıq\"

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvləri Ruslan Abışov, Əfran İsmayılov və Rəşad Sadiqov fikirlərini bildiriblər. Siasport.az saytı futbolçuların fikirlərini nəzərinizə çatdırır:

\"\"

Ruslan Abışov: \"Çox çətin oyun oldu. Belə uduzacağımızı gözləmirdik. Fikrimizi bu oyuna yönəltmişdik. Ancaq həmin gün oyunumuz alınmadı. Uğur qazanmaq üçün nəsə çatmadı. İki gün sonra keçiriləcək oyunda günahımızı yumağa çalışacağıq. Futbolçu səhvi başqasında deyil, özündə axtarmalıdır. Nə futbolçu, nə də baş məşqçi meydanı məğlub tərk etmək istəməz. Həm də elə oyun idi ki, qazaxlar bizi qapımıza sıxışdırmamışdılar. Məğlub olmuşuqsa, hamının günahı var.

Öz meydanımızda oyunumuz alınır. Bunda azarkeş amilinin də böyük rolu var. Lakin rəqib meydanında buna nail ola bilmirik\".

\"\"

Əfran İsmayılov: \"Zəif oynadıq. Qazaxıstan yığmasının bizə qarşı belə oynayacağını gözləmirdik. Daha doğrusu, onlar zəif oynayıblarsa, deməli, biz bərbad oynamışıq və məğlub olmuşuq. Səbəbi özümüzdə axtarmaq lazımdır. Həm də bu, milli karyeramda ilk rəsmi oyunum idi.Qələbə qazanmaq istəyirdik. Alınmadı. Almaniya yığması ilə oyunda, heç olmasa, bir xal qazanmağa çalışacağıq\".



Rəşad Sadiqov:\"Bu məğlubiyyəti həzm etmək mümkün deyil. Amma dünyanın sonu da

\"\"

deyil. Meydanın süni örtüklü olması da bizə çətinlik yaratdı. Bunu unutmaq çətin olacaq. Rəqib oyunçu arxadan futbolkamdan tutub məni saxladı. Ona görə dayandım. Hakimlərdən narazılıq etmirəm. Ancaq həmin epizodda referi başqa yerə baxırdı\".

Bütün xəbərlər Facebook səhifəmizdə