Növbəti mövsümdən I Divizionda Gəncə şəhərini təmsil edəcək "Tərəqqi" futbol klubunun baş məşqçisi məlum olub. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Musa Abdullayev verib. Onun sözlərinə görə, baş məşqçi postu Fuad İsmayılova həvalə olunub.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2009/2010-cu il mövsümündə, "Kəpəz" PFK "Gəncə" adlandığı dövrdə klubu Azərbaycan Premyer Liqasına çıxarmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB