“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Rusiya milli komandasına dəvət alıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Rusiya yığmasının İran, Namibiya və Nigeriya ilə keçirəcəyi hazırlıq oyunları üçün açıqlanan heyətinə daxil edilib.
Batrakov daha əvvəl də Rusiya millisinin formasını geyinib. Onun yığmada 10 oyunda 3 qolu var.
Qeyd edək ki, Aleksey Batrakov avqustda Moskva “Lokomotiv”indən “Qalatasaray”a 25 milyon avroya transfer olunub.
İstanbul klubu onunla 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB