Azərbaycan Basketbol Liqasında XVII tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, son olaraq B qrupunda iki oyun keçiriləcək.
Saat 14:00-da başlayacaq qarşılaşmada "Gəncə" "Lənkəran"ı qəbul edəcək. Meydan sahibləri 28 xalla ikinci, qonaqlar 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Tura saat 19:00-da "Sumqayıt" - "Ordu" görüşü ilə yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla dördüncü, "hərbçilər" 27 xalla üçüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə