Təlimçilərimiz Şahdağda keçirilən xizək yarışında 2 medal qazanıblar

Şahdağda keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində alyansa üzv dövlətlərin təlimçiləri arasında xizək yarışı təşkil olunub.

SİA xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, yarışın keçirilməsinin məqsədi alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snoubord idman növlərinə marağı artırmaqdır.

Turnirdə “Şahdağ”, Özbəkistanın “Amirsoy”, Qazaxıstanın “Şımbulak” və “Oy Qaraqay”, Rusiyanın “Roza-Xutor” dağ kurortlarının 50-ə yaxın xizəkçisi slalom üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilərdən Mariya Şerstyuk gümüş, Nurlan Abdulov bürünc bürünc medal qazanıb.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə