"İnter”in və İtaliya millisinin sol cinah müdafiəçisi Federiko Dimarko zədələnib. SİA xəbər verir ki, o, bud əzələsindən xəsarət aıb. Bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Həkimlər DiMarkonun təxminən 3 həftə buraxacağını proqnozlaşdırırlar. Bu o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində “Feyenoord”a qarşı hər iki matçı (5 və 11 mart), eləcə də A Seriyasında “Monza” və “Atalanta” ilə görüşləri (müvafiq olaraq 8 və 16 mart) buraxacaq.
Federiko böyük ehtimalla milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasiləsindən sonra geri qayıdacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçu A Seriyasının 27-ci turunun “Napoli” ilə matçında (1:1) zədələnib. Bu görüşdə hesabı məhz Dimarko açıb.
Bu mövsüm müdafiəçi “İnter”in heyətində bütün turnirlərdə 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə