Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb. Boks Federasiyasından SİA-ya verilən məlumata görə, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.
Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə