Azərbaycan kikboksinqçisi Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub. SİA-nın AMADA-ya istinadən məlumatına görə, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.
E.Şahbazovun sanksiyasının qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib. Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə