Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun proqramı açıqlanıb. SİA Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turun hər üç qarşılaşması martın 5-də keçiriləcək.
Saat 14:00-da MOİK "Azərreyl"lə, 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə, 18:00-da isə "Neftçi" "Gənclər"lə üz-üzə gələcək.
Qeyd edək ki, hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə