İspaniyanın "Atletik" (Bilbao) klubunun cari mövsüm 16 oyunluq məğlubedilməzlik seriyası başa çatıb. SİA xəbər verir ki, komanda ötən gün La Liqanın XXVI turda səfərdə "Atletiko"ya (Madrid) 0:1 hesabı ilə uduzub.
Bununla da, Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv tarixinin ikinci ən yaxşı göstəricisinə imza atmaq şansını itirib.
Bilbao təmsilçisi son olaraq 1929/1930 mövsümündə ardıcıl 18 oyunda uduzmayıb.
Qeyd edək ki, həmin vaxt İspaniya çempionatında 10 komanda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə