Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti vəfat edib

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib. AQF-dən SİA-ya verilən məlumata görə, o ötən gün vəfat edib.

Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə