Beynəlxalq Futbol Assosiasiyaları Şurası oyunun qaydalarını rəsmən dəyişib.
SİA xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Bütün peşəkar liqalar qapıçının topu səkkiz saniyədən çox tuta bilməyəcəyi yeni qayda tətbiq edəcək.
Əks halda, künc zərbəsi rəqib komandanın xeyrinə olacaq. Yeni qayda 2025/2026 mövsümündən qüvvəyə minəcək. Təşəbbüs müəlliflərinin fikrincə, yeni qayda test rejimində özünü yaxşı tərəfdən göstərib.
Bu, vaxt itkisi ilə mübarizə aparmağa kömək etməlidir.
2023-cü ilin mart ayında Beynəlxalq Futbol Assosiasiyaları Şurası qaydalara artıq qüvvədə olan bir sıra digər düzəlişlər etdi. Xüsusilə, hakimlər hissələrə əlavə edilmiş vaxtı hesablayarkən qol qeydlərini ayrıca nəzərə alırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə