PSJ "Barselona"nın 100 milyonluq ulduzunu istəyir

"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Qavi PSJ-nin diqqət mərkəzinə düşüb. SİA xəbər verir ki, bu barədə "EL Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçu Fransa nəhəngi tərəfindən ciddi gücləndirici hesab olunur və bunun üçün külli miqdarda pul ödəməyə hazırdırlar. Paris klubu hazırda real təklif paketi hazırlayır.

"Barselona" ispaniyalını buraxmağa həvəsli olmasa da, 100 milyon avro və ya daha çox məbləğdə təklif rəhbərliyin fikrini dəyişməyə məcbur edə bilər. Qavi "Barselona"dan ayrılmaq istəmir.

Əsas diqqətlər Dani Olmodadır. O, formaya düşsə və Qavini əsas heyətdən kənarlaşdırsa, sonuncu klubunu dəyişməyi düşünə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə