“Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib

Qarlı hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Bu addım Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə