İdman gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək - FOTO

İdman gimnastikası üzrə kişilər arasında XXX, qadınlar arasında isə IX Bakı çempionatı və birinciliyi keçiriləcək. SİA xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda həm qadın, həm də kişi idmançılar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı çempionatı və birinciliyi fevralın 28-i və martın 1-də Milli Gimnastika Arenasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə