"Araz-Naxçıvan" futzal klubu braziliyalı Caique Aledes De Oliveyra ilə yolları ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
31 yaşlı müdafiəçi Qazaxıstanın "Atırau" klubuna keçib.
Qeyd edək ki, cari mövsümün başlanğıcında "Araz-Naxçıvan"a transfer olunan futzalçı ilə bir illik müqavilə imzalanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə