“Real Madrid” “Mançester Siti”ni məğlub edərək Çempionlar Liqasının 1/8 finalına yüksəlib

İspaniyanın “Real Madrid” klubu pley-off mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/8 finalına yüksəlib. SİA xəbər verir ki, görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda reallaşıb.

Mbappe “Real Madrid”in heyətində üç dəfə fərqlənib (4, 33 və 61-ci dəqiqə). Uduzan komandanın qoluna Niko Qonzales (90+2) imza atıb.

1/8 finalda "Real" Almaniyanın "Bayer"i və ya İspaniyanın "Atletiko"su ilə qarşılaşacaq. Püşkatma fevralın 21-də keçiriləcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 4-5 martda, cavab görüşləri isə 11-12 martda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə