Stolüstü tennisçilərimiz Türkiyədəki turniri 3 medalla başa vurublar

Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.

SİA xəbər verir ki, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə Azərbaycan millisinin aktivinə daha bir medal yazdırıb.

Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib. Xatırladaq ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə