UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
“Brügge” Belçikada İtaliyanın “Atalanta” klubunu, Almaniya "Bavariya"sı isə Şotlandiyada "Seltik"i 2:1 hesabı ilə məğlub edib.
İtaliya “Milan”ı Niderlandda “Feyenoord"a, "Monako" isə Fransada Portuqaliya "Benfika"sına uduzub - 0:1.
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə