Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları bu gün keçiriləcək. SİA xəbər verir ki, əvvəlcə "Gəncə" evdə "Azərreyl"lə qarşılaşacaq.

Görüşə Gəncə İdman Sarayında, saat 14:30-da start veriləcək. Digər matçlarda "Abşeron" "Murov Az Terminal"la, “Milli Aviasiya Akademiyası” isə UNEC-lə üz-üzə gələcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa

Qadınlar

X tur

11 fevral

14:30. “Gəncə” - “Azərreyl"

Gəncə İdman Sarayı

16:00. “Abşeron” - “Murov Az Terminal”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - UNEC

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Qeyd edək ki, "Abşeron" turnir cədvəlində 23 xalla birinci pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 21 xalla ikincidir. Növbəti pillələrdə müvafiq olaraq "Gəncə" (14 xal), "Azərreyl" (12 xal), "Murov Az Terminal" (11 xal) yer alıb. Turnir cədvəlinin sonuncusu UNEC-in isə xalı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə