"Kəpəz"in futbolçuları Şəmkir şəhər kimya, biologiya təmayüllu liseyin şagirdləri ilə görüşüblər. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gəncədə klubun qonağı olan uşaqlar meydançada futbolçularla maraqlı, əyləncəli vaxt keçiriblər.
Məktəblilər oyunçularla futbol oynayıblar, şəkil çəkdirib, avtoqraf alıblar. Komandanın baş məşqçisi Azər Bağırov şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara səmimi münasibət göstərib.
“Futbol hamı üçün” devizi altında reallaşan görüşün təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, bu idman növünün təbliğidir.
Bütün xəbərlər Facebook səhifəmizdə