Futbol klubları yanvar ayında ümumilikdə 2,35 milyard dollar dəyərində 5863 transfer həyata keçirib. SİA xəbər verir ki, bu barədə FIFA məlumat yayıb. Bildirilib ki, hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstəricidir. 2025-ci ilin yanvar ayında oyunçu transferlərinin ümumi məbləği 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü illə müqayisədə isə 47,1 faiz çoxdur. Qış transfer pəncərəsində ən çox vəsaiti (621,6 milyon dollar) İngiltərə klubları xərcləyib. İlk “5-liy”ə Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə