"Real Madrid"in cəzalandırılması tələb edilir

İspaniya Kral Futbol Federasiyasının (RFEF) iclasında bəzi La Liqa klubları "Real Madrid"in hakimlərə təzyiq göstərdiyini iddia edərək, klubun cəzalandırılmasını tələb edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iclasa öncədən qatılacağını təsdiqləyən Madrid klubu son anda iştirak etməyib. Klub rəhbərləri isə "Real Madrid"in bu addımını hakimlər və digər klublara hörmətsizlik kimi qiymətləndirib. Toplantıda həmçinin VAR sisteminin audio yazılarının açıqlanması və hakim qərarlarının vahid standartlara uyğunlaşdırılması məsələləri də müzakirə olunub. Hazırda "Real Madrid"ə qarşı rəsmi sanksiya məsələsi açıq qalır. Lakin klubun hakimlərə qarşı apardığı kampaniya İspaniyada geniş müzakirələrə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə