Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
SİA xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Günün ilk matçında “Kəpəz” və “Neftçi” komandaları qarşılaşıblar. Tovuz şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 35-ci dəqiqədə Ağadadaş Salyanski, 69-cu dəqiqədə Yuri Matias vurublar. Komandalar arasında cavab qarşılaşması fevralın 28-də keçiriləcək.
Qeyd edək ki, bu raundun görüşlərinə fevralın 6-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə