"Qalatasaray" növbəti transferini açıqlayıb

Türkiyənin "Qalatasaray" komandası növbəti transferini gerçəkləşdirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mario Leminanın keçidi barədə İngiltərənin "Vulverhempton" komandası ilə razılığa gəlib.

Qabon əsilli fransalı yarımmüdafiəçi "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gəlir.

Qeyd edək ki, Mario Lemina 2019/2020-ci illər mövsümündə də "cim-bom"un şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə