"Şaxtyor Donetsk”in keçmiş yarımmüdafiəçisi, hazırda Türkiyədə çıxış edən Dmitri Qreçişkin bildirib ki, Taras Stepanenkonun “Eyupspor” klubuna keçidində Donetsk klubunun keçmiş baş məşqçisi Mirça Luçesku vasitəşilik edib. SİA xəbər verir ki, Dmitri bu barədə Ukrayna mətbuatına danışıb. “Transferi həyata keçirəndə mümkün qədər yeni futbolçu haqda məlumat əldə edilir. Eşitdim ki, Stepanenkonu çox yaxşı tanıyan Mirça Luçesku da onun alınmasını tövsiyə edib. Ona görə də mən hətta güman edirəm ki, cənabın sözü həlledici olub. Çünki hər kəs Luçeskunun Türkiyədə hansı səlahiyyətə malik olduğunu bilir”, – Qreçiskin deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə