Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb. SİA xəbər verir ki, Şəhriyar Məmmədyarov ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Aktivində 2731 reytinq xalı olan 40 yaşlı qrosmeyster 20-ci sıraya yüksəlib.
Teymur Rəcəbov (2698) 32-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov isə 2656 xalla 71-ci yerdə qərarlaşıb.
Azərbaycanın qadın şahmatçıları - Günay Məmmədzadəyə (2412) 36-cı, Gövhər Beydullayeva (2404) 41-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) isə 89-cu sırada yer alıblar.
Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2833) başçılıq edir. ABŞ təmsilçilərindən Fabiano Karuana (2803) 2-ci, Hikaru Nakamura (2802) 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə