Türkiyənin "Fənərbağça" komandası serbiyalı futbolçu Oqnyen Mimoviçin transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Serbiya təmsilçisi "Srvena Zvezda"dan transfer edilən 20 yaşlı müdafiəçi ilə 4 il 6 ay müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, gənc oyunçu Serbiya klubunun heyətində bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə