UEFA Avropa Liqasının Liqa mərhələsinin matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub. SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə Afinaya yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə