Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstandakı turniri üç medalla başa vurublar
Azərbaycanın sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini üç medalla başa vurublar. Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.
Qeyd edək ki, daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə