Amerikalı tennisçi Medison Kiz peşəkar karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub. SİA xəbər verir ki, 29 yaşlı idmançı bunu Melburnda keçirilən Avstraliya Açıq çempionatında qadınların fərdi yarışında reallaşdırıb.
O, 2 saat 4 dəqiqə davam edən final qarşılaşmasında Arina Sabalenka ilə mübarizədən qalib ayrılıb - 2:1 (6:3, 2:6, 7:5).
Qeyd edək ki, bu, M.Kizin WTA-da 10-cu titulu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə