"Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib

İngiltərə təmsilçisi “Mançester Yunayted”in tarixində ən gənc oyunçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçmiş qapıçı ağır xəstə olub. Qaskell “Mançester Yunayted” tarixinin ən gənc oyunçusu hesab edilir. O, komandada 1956-cı il oktyabrın 24-də, 16 yaş 19 günündə olarkən, “Mançester Siti”yə qarşı matçda debüt edib.

Oyuna tamaşaçı qismində qatılan D.Qaskell zədəli qapıçı Rey Vudu əvəzləyərək komandasına kuboku təmin etmək üçün qapını qoruyub.

Qeyd edək ki, ingiltərəli qolkiper 1968-ci ilə qədər Mançester təmsilçisində çıxış edib. Eyni zamanda ikiqat İngiltərə çempionu və ölkə kubokunun qalibi olub. Daha sonra "Viqan" və "Reksem" komandalarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə