Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı

Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı

Almaniya milli komandası baş məşqçisi Yulian Naqelsman ilə müqavilə müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.

Naqelsmanla 2028-ci ilə qədər müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabr ayından Almaniya seçməsini çalışdırır. Yığma onun rəhbərliyi altında 18 oyun keçirib. Bu matçlarda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə