"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində Bakıda FCSB ilə keçiriləcəkləri oyundan öncə mətbuat konfransında danışıb:
- İtkilərimiz var. Bunlardan yola çıxaraq taktiki baxımdan hansısa dəyişikliklər olacaqmı?
- Ciddi bir şey olmayacaq. Çünki biz bütün futbolçularla eyni tərzdə çıxış edirik. Ola bilər ki, hücumun qurulmasında və ya başlanılmasında cuzi dəyişikliklər ola bilər. Bizim sabahki oyunda iştirak etməyəcək futbolçularla da səhvlərimiz olub. Ancaq sabahki oyunda bunu etməməliyik. Çünki bu rəqib səhvi bağışlamır. Hər şeyə maksimum diqqət etməliyik.
- Rəqib komandanın futbolçusu açıqlamasında bildirib ki, “Qarabağ”ı məğlub edəcəyik. Bu barədə fikirləriniz?
- Normaldır. Bu idmandır. Əlbəttə ki, hər bir rəqibin rəhbəri və yaxud futbolçusu istənilən açıqlamanı verə bilər. Əlbəttə bizdə bu komandanı məğlub etmək istəyirik. Hər hansısa deyəcək başqa fikrim yoxdur.
- Rəqibinizi güclü hesab edirsiz?
- Bütün komandalar ciddi yanaşıram. Hazırlıqda müəyyən dəyişikliklər olur. Amma bu komandanın nəticəsində çox normal sayıram. Məsuliyyətinə görə haqlı nəticələri var.
- Rəqibin ən güclü tərəfi nədir?
- Komanda müdafiədə, hücumun gedişatında hamı çox sadə və kollektiv bir şəkildə oyunun nizam-intizamını qoruyub saxlaya bilir.
- Abdolbari Gözəlin dünyasını dəyişməsi klubun daxilində nə kimi fikirlər yaradıb?
- Bəli ağır bir itkidir. Klub və Azərbaycan futbolu üçün çox ağırdır. Onun mənim üzərimdə çox zəhməti var. O elə bir insan idi ki, hər bir addımını düşünərək edirdi. “Qarabağ” futbolunun uğuru üçün hər şey edirdi. Hər şeyə ürəklə yanaşırdı. Çalışırıq ki, oyunçularımızı futbola tam hazır edək.
- Bu oyunda qələbədən başqa yol yoxdur fikri heyətdə nə kimi hal yaradır?
- Qalibiyyət üçün hazırlaşırıq amma çoxda dərinə getmək lazım deyil. Futbolda daim uöur əldə etmək asan deyil. Qalibiyyət üçün hazırlaşmışıq. Asan rəqib deyil.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə