Azərbaycan Atıcılıq Federasiyası ötən ilin ən yaxşı idmançılarını mükafatlandırıb

Azərbaycan Atıcılıq Federasiyası (AAF) ötən ilin ən yaxşı idmançılarını mükafatlandırıb. SİA xəbər verir ki, il ərzində əldə etdikləri beynəlxalq uğurlara əsaslanan daxili qiymətləndirmə nəticəsində Vladislav Kalmıkov ilin ən yaxşı kişi, Leyli Əliyeva isə ən yaxşı qadın idmançısı seçilib.

Atıcılıq üzrə olimpiya növlərində Azərbaycan rekordlarını yeniləyən Nigar Nəsirova, Ruslan Lunev, Reqina Meftaxetdinova, Zeynəb Sultanova və Üzeyir Tapdıqlı xüsusi mükafatlarla təltif olunublar.

Tədbirdə AAF-ın vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov, baş katib Emin Cəfərov, eləcə də federasiyanın məşqçiləri və idmançıları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə