Futbol üzrə Almaniya çempionatının 18-ci turuna “Ayntraxt Frankfurt” - “Borussiya Dortmund” oyunu ilə start verilib. SİA xəbər verir ki, görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Bu, Frankfurt təmsilçisinin ardıcıl üçüncü qələbəsi, “Borussiya Dortmund”un isə ardıcıl üçüncü məğlubiyyəti olub. Oyundan sonra xallarının sayını 36-ya çatdıran “Ayntraxt Frankfurt” üçüncü sırada mövqeyini möhkəmləndirib. Turun digər oyunlarının nəticələri komandanın mövqeyinə təsir etməyəcək. Komanda ikinci sıradakı “Bayer Leverkuzen”dən 2 xal geridə, dördüncü pillədə qərarlaşan “Leyptsiq”dən 6 xal öndədir.
Aktivində 25 xal olan “Borussiya Dortmund” hazırda 10-cu sıradadır. Ondan bir pillə geridə olan “Borussiya Münxenqladbax”ın 24 xalı var.
Bundesliqanın 18-ci turu çərçivəsində keçiriləcək digər qarşılaşmalar aşağıdakılardır:
18 yanvar
“Ştutqart” - “Frayburq”
“Bavariya” – “Volfsburq”
“Haydenhaym” – “St Pauli
“Boxum 1848” – “Leyptsiq”
“Holştayn Kiel” – “Hoffenhaym”
“Bayer Leverkuzen” – “Borussiya Münxenqladbax”
19 yanvar
“Union Berlin” – “Maynts”
“Verder Bremen” – “Auqsburq
Bundesliqada ilk sırada 42 xalla “Bavariya” qərarlaşıb. Onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 38 xal var.
Bütün xəbərlər Facebook səhifəmizdə