"Barselona" gələn yay 28 yaşlı cinah oyunçusu Luis Diazı transfer etmək niyyəti barədə "Liverpul"a məlumat verib.
SİA xəbər verir ki, bu barədə Antena 2 məlumat yayıb.
Mənbənin məlumatına görə, “blauqrana” kolumbiyalı futbolçunun transferi üçün 70 milyon avro təklif etməyi planlaşdırır.
“Barselona” Diazın karyerasını İspaniyada davam etdirmək istədiyini bilir.
Kataloniya klubunun idman rəhbərliyi artıq "Liverpul"un hücumçusunun ətrafı ilə danışıqlar aparıb.
Bu mövsüm Diaz bütün turnirlərdə 27 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə