“Araz-Naxçıvan” iki futzalçının transferini reallaşdırıb. SİA-nın əldə etdiyi məlumata görə, klub rusiyalı Roman Adamov və braziliyalı Mateus Lustosanı heyətinə qatıb.
Hər iki futzalçı ilə "5 ay+1 illik" müqavilə imzalanıb. 33 yaşlı R.Adamovun son klubu Rusiyada “Volqa” olub. Mateus Lustosa isə Braziliyanın “Marekko” klubundan transfer edilib. Hücumçunun 26 yaşı var.
Buna qədər klub iranlı Amir Şojaei ilə də 5 ay+1 il müddətinə müqavilə imzalamışdı.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncü pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə