FIBA Çempionlar Liqasında daha bir oyun Bakıda keçiriləcək

FIBA Çempionlar Liqasında daha bir oyun Bakıda keçiriləcək

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib - 1:0. Yanvarın 14-də isə "Hapoel Holon"un qələbəsi qeydə alınıb - 65:62.

Bütün xəbərlər Facebook səhifəmizdə