“Real Madrid” rəhbərliyi “Barselona”ya məğlubiyyətə görə üç futbolçusunu günahlandırıb
Ötən gün İspaniya Superkubokunun finalında “Barselona”ya məğlub olan (2:5) “Real Madrid” klubunun rəhbərliyi üç futbolçusunu günahlandırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres fransalı Orelyen Çuameni, ispaniyalı Lukas Vasqes və braziliyalı Vinisius Juniorun çıxışından razı qalmayıb.
Çuameni ilə Vasqesin müdafiədə, Vinisiusun isə hücumdakı inamsız performansı funksioneri qəzəbləndirib.
Qeyd edək ki, “Barselona” “Real Madrid”i məğlub edərək tarixində 15-ci dəfə İspaniya Superkubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə