Azərbaycan təmsilçisindən ayrılan futbolçu yeddi aydan sonra özünə klub tapıb
"Araz-Naxçıvan"ın sabiq futbolçusu İsmail Azzaui 7 aydan sonra özünə klub tapıb. SİA-nın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Əslən Mərakeşdən olan belçikalı oyunçu "Omoniya"ya keçib.
Qeyd edək ki, İsmail Azzaui 2023/2024 mövsümündə "Araz-Naxçıvan"ın formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə