ABŞ-ın “İnter Mayami” komandasının uruqvaylı futbolçusu Luis Suares təqdirəlayiq addım atıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində intihar etməyə cəhd göstərən kişini xilas edib.
Belə ki, ailə probleminə görə intihar etmək qərarına gələn 49 şəxsin köməyinə həmin ərazidə tətildə olan L. Suares çatıb. Futbolçu intihara cəhd edən adamla danışdıqdan sonra onu fikrindən daşındırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə