İngiltərənin “Vest Hem” komandasının futbolçusu Maykl Antonio dəhşətli qəzadan sonra xəstəxanadan çıxıb.
SİA xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Hücumçunun müalicəsi ev şəraitində davam etdiriləcək.
Xatırladaq ki, M.Antonio dekabrın 7-də qəza keçirib. Futbolçunun idarə etdiyi avtomobilə ciddi ziyan dəyib. İdmançının özü helikopterlə xəstəxanaya aparılıb.
Əməliyyat olunan 34 yaşlı forvardın təxminən bir il yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
M.Antonio Premyer Liqada bu mövsüm 14 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə