"Transfermarkt" portalı Türkiyə Superliqasında çıxış edən ən dəyərli futbolçuların adlarını açıqlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, siyahıya 75 milyon avro ilə "Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen başçılıq edir. İkinci sırada "cim-bom"un braziliyalı yarımmüdafiəçisi (23 milyon avro) Qabriel Sara yer alıb. İlk "üçlüy"ü isə İstanbulun digər təmsilçisi "Fənərbaxça"nın mərakeşli üzvü Sofyan Amrabat tamamlayır - 22 milyon avro.
İlk "onluq"da "Beşiktaş"dan cəmi bir oyunçu yer alıb. Portuqaliyalı yarımmüdafiəçi Gedson Fernadeş 17 milyon avro ilə 9-cı sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə