DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib. SİA xəbər verir ki, o, Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə ikinci yeri tutaraq, gümüş medal qazanıb. Polis əməkdaşı əldə etdiyi nəticəni Vətən uğrunda canından keçən şəhidlərə həsr edib.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Qeyd edək ki, Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə