Nüfuzlu “Transfermarkt” internet portalı yenilənmənin nəticələrinə əsasən Almaniya Bundesliqasında ən çox ucuzlaşan futbolçularının siyahısını təqdim edib. SİA xəbər verir ki, bu reytinqdə birinci yeri “Bavariya”nın vingeri Leroy Sane tutub, onun təxmini dəyəri 15 milyon avro azalıb.
Münhen klubunun hücumçusu Harri Keyn (- 10 milyon avro) ikinci yerdədir. İlk üçlüyü “Bavariya”nın yarımmüdafiəçisi Joao Paqlina (- 10 milyon avro) qapayır.
Almaniya Bundesliqasında ən çox uzulaşan 10 oyunçu:
Leroy Sane, Bayern (- 15 milyon avro) – 45 milyon avro;
Harri Keyn, Bayern (- 10 milyon avro) – 90 milyon avro;
Joao Paqlina, Bayern (- 10 milyon avro) – 40 milyon avro;
Matis Tell, Bayern (- 10 milyon avro) – 30 milyon avro;
Donyell Malen, Borussia Dortmund (- 10 milyon avro) – 30 milyon avro;
Amin Adli, Bayer (- 8 milyon avro) – 22 milyon avro;
Edmon Tapsoba, Bayer (- 5 milyon avro) – 40 milyon avro;
Alexandro Qrimaldo, Bayer (- 5 milyon avro) – 40 milyon avro;
Eksekiel Palasios, Bayer Leverkusen (- 5 milyon avro) – 40 milyon avro;
Serj Qnabri, Bayern (- 5 milyon avro) – 35 milyon avro.
Bütün xəbərlər Facebook səhifəmizdə